Xəbərlər 04.03.2024 20:31 1407

Çiy yumurtanın təhlükəli olmasının səbəbi budur

Sarısının faydaları artıq sübut olunsa da, yumurta çiy istehlak edilməməlidir. 

QHT.az xəbər verir ki, çiy yumurtanın tərkibində salmonellyoz adlı ciddi xəstəliyə səbəb olan salmonella bakteriyası ola bilər. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri xəbərdarlıq edir ki, bu cür bakteriyalar, xüsusən də quşların bağırsaqlarında yaşayır və qabıq əmələ gəlməzdən əvvəl yumurtanın içərisinə düşə bilir.

Şöbə əlavə edib ki, salmonella hər il 1,3 milyondan çox insana təsir edir və 400-dən çox insanın ölümünə səbəb olur. İnsan çiy yumurtadan zülalın yalnız 50%-ni, qaynadılmış yumurtadan isə 90%-ni qəbul edir. Alimlər qeyd edib ki, çox yumurta yesəniz, saçlarınız tökülə bilər. Fakt budur ki, yumurtanın tərkibində A vitamini var və onun artıqlığı səbəbindən saçla bağlı problemlər yarana bilər. Qeyd etmək lazımdır ki, bu vitamin qaraciyərdə, süd məhsullarında və balıqda da olur.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı