Xəbərlər 10.05.2024 14:09 2253

“Ulu Öndərin izi ilə” Zaqatalada bilik yarışı keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Zaqatala üzrə regional nümayəndələrinin təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ulu Öndərin izi ilə” adlı bilik yarışı keçirilib.

QHT.az xəbər verir ki, əvvəlcə Ulu Öndərin rayon mərkəzində yerləşən abidəsinə ziyarət olunub, önünə gül dəstələri qoyulub. Uşaq Səfirlər Məclisinin Zaqatala regionu üzrə fəallarından ibarət 4 komandanın iştirak etdiyi bilik yarışında Ulu Öndərin fəaliyyətinə dair suallar təqdim edilib. Nəticələrə görə isə “Cıdır düzü” komandası qalib olub.

Qaliblər fəxri fərmanlar ilə təltif edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı