Bir neçə günəş partlayışı birləşərək planetimizi vuracaq
Yaxın günlərdə Yer kürəsini güclü G4 sinifli maqnit qasırğası bürüyəcək.
QHT.az xəbər verir ki, mayın 10-u və 11-i günün sonunda planetimizə çoxsaylı tac kütləsi atılacaq. Mayın 11-də güclü G4 təsirləri gözlənilir və bu fırtınanın təsirləri mayın 12-də və 13-də hiss oluna bilər. G4 NOAA şkalası üzrə ikinci ən böyük geomaqnit qasırğasıdır. Belə maqnit qasırğaları 11 il davam edən günəş tsiklində təxminən 100 dəfə baş verir. G4-dən güclü olan yeganə fırtına G5-dir - hər dövrədə təxminən dörd dəfə baş verən ekstremal fırtınadır.
Maqnit qasırğası mayın 10-da axşam saatlarında başlayacaq. Mayın 8-i və 9-da Günəşi tərk edən üç məşəlin birinə birləşərək Yerlə toqquşacağı gözlənilir. Alimlər bu cür emissiyaları “cannibalistik” adlandırırlar.
Mayın 8-də Günəşdə partlama baş verib, dördüncü püskürmə isə mayın 9-da olub. Partlama 2-3 gün ərzində Yerlə toqquşaraq onsuz da ciddi şəkildə pozulmuş şəraiti daha da ağırlaşdıracaq.
Günəş aktivliyinin mayın 11-dək yüksək və ya çox yüksək səviyyədə qalacağı gözlənilir.
Pərvanə Fərhadqızı