Xəbərlər 10.05.2024 01:08 2558

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümün həsr olunan tədbir keçirilib - FOTOLAR

UNEC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümün həsr olunan tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə UNEC-in rektoru prof.Ədalət Muradov müstəqilliyin ilk illərində Azərbaycanı ağır iqtisadi durumdan çıxaran Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasətinin fəlsəfəsi haqqında fikirlərini bölüşüb. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov Heydər Əliyevlə bağlı maraqlı xatirələrini paylaşıb,millət vəkili Hikmət Babaoğlu Heydər Əliyevin liderlik missiyasından, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev isə Heydər Əliyev zirvəsinin gənclər tərəfindən daim araşdırılmasının əhəmiyyətindən danışıb.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin tələbələri Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

İştirakçılar Dizayn Məktəbinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə də tanış olublar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı