“Bullinq nədir?” mövzusu təlim keçirilib - FOTOLAR
Uşaq Səfirlər Məclisi nümayəndələrinin “Bulinq nədir?” mövzusunda təlimi keçirilib.
QHT.az xəbər verir ki, Uşaq Səfirlər Məclisinin üzvü Ayan Əhmədova və Uşaq Səfirlər Məclisinin S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası üzrə məktəb nümayəndəsi Musab Məmmədli tərəfindən 156 nömrəli tam orta məktəbdə “Bullinq nədir?” mövzusu təlim keçirilib. Əvvəlcə çıxış edən Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva bu gün ümumtəhsil müəssisələrində keçirilən bu cür təlimlərin uşaqların bir-birilərinə qarşı daha diqqətli və həsasslıqla yanaşması üçün oynadığı müsbət roldan söz açıb. Bildirib ki, baş verən mənfi halların təkrarlanmaması üçün qabaqlayıcı tədbirlər əsas təbliğat və maarifləndirmə vasitəsidir.
Təlim şagirdlər arasında kommunikasiyanın təmini məqsədi ilə interaktiv oyunlarla başlayıb, uşaqlarla rəngarəng diskussiya aparılıb. Təlim zamanı uşaqlara bullinqin məktəb mühitində başqalarına təsir göstərmək üçün tətbiq edilən, həmyaşıdlar tərəfindən göstərilən təzyiq olduğunu, buraya şifahi qısnama (verbal), fiziki təzyiq və hər hansı bir məsələ, hadisə ilə bağlı şəxsin iradəsinin ziddinə fəaliyyətin daxil olduğu, bullinqə məruz qalan şəxslərin adətən, cins, dil, irq, din və s. kimi məsələlərdə təzyiqlə üzləşdiyi bildirilib. Eləcə də sosial vəziyyətinə görə şagirdlərə qarşı yönələn təzyiqlərin də bullinqin səbəbləri olduğu xatırlanıb. Uşaq Səfirlər Məclisinin nümayəndələri xüsusilə, yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğunu, qarşısının alınması üsulları və müdaxilə metodlarından danışılıb.
Təlim uşaqların mövzu ətrafında suallarının cavablandırılması ilə başa çatıb.