Xəbərlər 28.11.2023 19:37 2319

18 qadın minatəmizləyiciyə akkreditasiya sertifikatları təqdim edilib - FOTOLAR

Beynəlxalq minatəmizləmə standartlarına uyğun olaraq, altı həftəlik təlimləri uğurla başa vurmuş 18 qadın minatəmizləyiciyə Bakıda keçirilən bağlanış mərasimində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Avropa İttifaqı, BMTİP nümayəndələri və digər rəsmi şəxslərin iştirakı ilə akkreditasiya sertifikatları təqdim edilib.

QHT.az xəbər verir ki, Mina Məsləhət Qrupunun beynəlxalq ekspertləri tərəfindən keçilən nəzəri və praktiki təlimlər vasitəsilə qadın minatəmizləyici qruplar minaların və partlamamış hərbi sursatların təsbit edilərək aşkarlanması və işarələnməsi üçün əsas biliklərə, zəruri bacarıqlara, tələb olunan davranış və ilk yardımın göstərilməsi qaydalarına yiyələnib.

Qeyd edək ki, 24 nəfərdən ibarət 2 minalardan təmizləmə qrupu, o cümlədən 18 minatəmizləyici, 2 səhiyyə işçisi, 2 qrup rəhbəri və 2 qrup rəhbəri müavini akkreditasiyadan keçib. Eyni zamanda, Layihə çərçivəsində 12 xüsusi minatəmizləyici siçovul və 8 minatəmizləyici it təlim keçib. İlk qadın minatəmizləyici qruplar üçün təlimlər Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və Mina Məsləhət Qrupu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi" layihəsi çərçivəsində təşkil edilib.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı