Xəbərlər 24.11.2023 12:28 4509

"Azərbaycanda "Ailə məktəbi" institunun yaradılması ilə bağlı ictimai vəkillik layihəsinə start verilib - FOTOLAR 

Noyabrın "TOTEM" Psixologiya Mərkəzi" ndə, "Sağlam Gələcək Naminə" QHT Koalisiyası və koalisiya yanında yaradılmış "Ailə dəyərlərinin müdafiəsi" komissiyası ilə birlikdə könüllük əsasında, icra olunan "Ailə məktəbi" institutunun yaradılmasının ictimai vəkillik" layihəsi çərçivəsində ilk dəyirmi masası keçirilib.

QHT.az xəbər verir ki, Sağlam Gələcək Naminə" QHT Koalisiyasının rəhbəri Nərminə Qəribova ilə birgə, koalisiya yanında yaradılmış "Ailə dəyərlərinin müdafiəsi" komissiyası layihənin məzmunu, strategiyası, məqsəd və vəzifələri müzakirə edib.

Komissiyanin üzvləri, layihənin rəhbəri Nərminə Qəribova, "Totem Psixologiya Mərkəzi"nın rəhbəri Lalə Həmidli, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədri Bahar Qasımova, "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri Esmira Rəhimova, "Dünya ana və uşaq" təşkilatının sədri, Dunyaxanim Əliyeva, "Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin sədri Aynur Zulfuqarova, “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova, "Səhiyyə və Sağlam Həyat" İctimai Birliyinin sədr müavini Könül Əlizadə, Psixoloq Nailə Əhmədova, Psixoloq Tovuz Hacıyeva, Sağlamlıq koçu Yana Məmmədova və Sağlamlıq koçu Qəndab Əliyeva layihə və ailə institutları ilə bağlı ölkədəki mövcud vəziyyəti ətraflı müzakirə edərək "Ailə məktəbi" institutunun yaradılmasının günün ən aktual məsələsi olduğunu, eyni zamanda, həqiqətən, hal - hazırda yaşadığımız ailə problemləri ilə əlaqədar zəruri olduğunu bildirdilər. 

Komissiya tərəfindən təkliflər müzakirə edildi və növbəti addımlar təyin olundu. 

Tədbirin sonunda xatirə şəkli çəkdirilib və "TOTEM" Psixologiya Mərkəzi" nin rəhbəri Lalə xanım Həmidliyə təmənnasız, təşkilatı dəstəyə görə, təşəkkür ifadə edilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı