Umbakı penitensiar kompleksilə tanışlıq gəzintisi təşkil olunub - FOTOLAR
Noyabrın 20-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksilə tanışlıq gəzintisi təşkil olunub.
QHT.az xəbər verir ki, gəzintidə Mediasiya Şurasının mediatorları Cəlal Hüseynov, Qulu Süleymanov, Nürəddin Yusifov, Kərəm Quliyev, Əli Qəniyev, Aqil Əsgərov, Mayıl Bayramov və Şuranın əməkdaşı Maksim Lətifov iştirak ediblər.
Qeyd edək ki, bu tədbirlər, penitensiar sisteminin effektivliyini artırmaq, transparensiyanı təmin etmək və həbs olunan şəxslərin hüquqlarını qorumağa nail olmaq məqsədilə həyata keçirilir. Bu kimi gəzintilər, hüquq-mühafizə orqanlarının ictimaiyyətə hesabat verdiyi və prosesləri daha da şəffaf etməyə nail olduğu göstərir.
Pərvanə Fərhadqızı