Xəbərlər 19.09.2023 20:05 2885

Eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün tərcümə edilən video roliklərin QR kodu hazırlanır

 

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi “Jest Dilində İcbari Tibbi Sığorta xidmətləri haqqında məlumat bazanın yaradılması və maarifləndirici tədbirlərin təşkili" layihəsi icrasını davam etdirir.

 

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi təşkil olunan layihənin rəhbəri Cəmilə Çingizqızı QHT.az- a bildirib ki, layihənin adından da məlum olduğu kimi layihə eşitmə və nitq məhdudiyyətli şəxslər üçün icbari tibbi sığorta xidmətlərinin jest dilində tərcüməsidir: “İşarət  dilində danışan insanlar üçün İcbari Tibbi Sığorta Agentliyinin youtube kanalında Jest dilində baza yaradılıb. İcbari Tibbi Sığorta xidmətlərinə daxil olan zərflər paketindən istifadə qaydası və hansı tibb ocaqlarına necə müraciət olunması qaydaları video tərcümə olunub. Hazırda eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün tərcümə edilən video roliklərin QR kodu hazırlanır. Hazırlanan QR kodlar buklet və kitabçalarının üzərinə vurularaq çap ediləcək”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı