Xəbərlər 09.06.2023 18:45 1588

Acun Ilıcalı daha bir futbol komandasını alıb - ÖZƏL

Acun Ilıcalı “Hall Siti”dən sonra İrlandiya Premyer Liqasının ən köhnə klublarından olan “Şelburn”un əksər səhmlərini aldığını açıqlayıb.

QHT.az xəbər verir ki, Hull City ilə başlayan güclü futbol sərmayələrimiz İrlandiya Premyer Liqasının ən qədim və köklü klublarından biri olan Shelbourne FC-nin əksər səhmlərinin alınması ilə davam edir. Məqsədimiz Shelbourne FC ilə birlikdə avrokuboklarda iştirak etmək, mühüm uğurlara imza atmaq və bir çox istedadları dünya futboluna gətirməkdir. İrlandiya futboluna, klubun potensialına və azarkeşlərimizə tam inanırıq.

Qeyd edək ki, 1895-ci ildə əsası qoyulan Shelbourne FC 13 İrlandiya liqasının qalibi olub. 7 dəfə İrlandiya Federasiya Kubokunu qazanan klub 1 dəfə İrlandiya Liqa Kubokunu da qazanıb.

Sonuncu liqa çempionluğunu 2006-cı ildə keçirən qırmızı-ağlı klub hazırda İrlandiya Premyer Liqasında 20 həftə geridə olmaqla 5-ci pillədə qərarlaşıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı