Xəbərlər 30.05.2023 17:00 1046

Şəhid ailələri və müharibə veteranları ilə bağlı yeni sosial dəstək layihəsinə başlanır

Şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinə sosial dəstək məqsədi daşıyan yeni Qarabağ KOB-ları proqramına start verilib.

 

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, “Paşa Holdinq”in ayırdığı qrant vəsaiti hesabına həyata keçiriləcək.

 

Layihəyə Bakı şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonlarından şəhid ailəsi üzvü, müharibə veteranı və onların ailə üzvlərindən ibarət 50 nəfər cəlb olunacaq.

 

Onlara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən maliyyə və mühasibatlıq, kadr işi, idarəetmə, satış, marketinq və s. mövzularda zəruri təlimlər keçiriləcək. Layihə iştirakçıları həmçinin seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə cəlb olunacaqlar.

 

Bu təlimləri bitirdikdən sonra onlara özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərini yaratmaları üçün zəruri avadanlıqlar təqdim ediləcək. Layihə 50 yeni sahibkarlıq subyektinin yaradılmasını nəzərdə tutur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı