Xəbərlər 25.01.2023 15:24 170

“Bakı KOB evi”ndə əmək və məşğulluq üzrə də xidmətlər göstərilir

Bakının Nərimanov rayonunda yerləşən “Bakı KOB evi”ndə sahibkarlara digər dövlət qurumlarının xidmətləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid xidmətlər də göstərilir.

 

Sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi bu vahid məkanda biznes subyektləri əmək müqaviləsi bildirişlərinin qeydiyyatı xidmətindən yararlana bilərlər. “Bakı KOB evi”ndə həmçinin aktiv məşğulluq, o cümlədən özünüməşğulluq proqramları ilə bağlı da müraciət edənlərə məlumatlar verilir.

 

Qeyd olunan xidmətlərlə bağlı Nazirliyin müvafiq qurumları və ya DOST mərkəzləri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət oluna bilər.

 

Sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmətin təqdim edildiyi, xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında göstərildiyi “Bakı KOB evi” həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı