Azərbaycanda əlilliyi olan şəxslərin çoxu sağlamlıq problemləri olmasına baxmayaraq əzmlə həyatlarına davam edirlər. Ətrafımızda kifayət qədər belə şəxslər var və gəlin onlardan biri ilə tanış olaq.
Qeyd edim ki, bir qrup gözəl insanın dəstəyi ilə ərsəyə gələn “Zülməti dələn işıq” adlı şeir kitabında ondan çox əlilliyi olan istedadlı şəxsin müxtəlif mövzularda şeirləri çap olunub. Müsahibim Zəkəriyyənin  bir neçə seiri də bu kitabda yer alıb və  şer yazmaq istedadından başqa onun  başqa məşğuliyyətləri də var. Baxmayaraq ki, o daha çox öz ixtisası üzrə işləmək arzusundadır.
Zəkəriyyə deyir ki, Youtube kanalındakı “Gözüm ol mənim” layihəsi sırf könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Bu kitab klubunda hər bir  könüllü bir kitabı həm peşəkar studiyada və ya həvəskar səviyyədə səsləndirə bilər. Həmin səsli kitab internet kanalda uğurla yerləşdirilir və dinləyicilərə çatdırılır. 
Onu da vurğulayım ki, Zəkəriyyə yazılan səslərin montajı və onların internet kanalına yerləşdirilməsi işini özü görür. Müsahibim söhbəti zamanı onu da bildirdi ki, təəssüf ki bu gərəkli  fəaliyyətdə bir çox probemləri mövcudddur. 
Ümid edirik ki, Zəkəriyyə kimi tək özü üçün deyil, başqaları üçün də nə isə etmək istəyən kəslərin səsinə səs verən olar və onlara lazımı dəstək göstərilər. Son olaraq gəlin, qəhrəmanım elə öz Youtube kanalında səsləndirilən bir şeirinə qulaq verək və belə istedadlı dostlara uğur arzulayaq.

Bu reportaj Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.