Yəqin hamıya bu şeir müəlifi ilə tanış olmaq maraqlı olardı. Bu dəfə gözdən əlilliyi olan dostumuz Əlinin qonağıyıq.
Qəhrəmanım tələbə Əli çox gənc olmasına baxmayaraq həvəskar səviyyətdə şeirlərini yazmaqda davam edir, özünün internet kanalı var və günün tələbinə uyğun olaraq onların daha geniş auditoriyada yayılması üçün çalışır.
Əlinin qonağı olduğumuz vaxtda onun gözdən əlilliyi olan dostları ilə mehribanlığının da şahidi olduq. O özündən yaşça böyük və təcrübəli dostlarından ilham və dəstək aldığını qürurla vurğulayır, yaşıdlarına isə bizim vasitəmiz ilə tövsiyəni bildirir.
Bu reportaj Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.












