Gözdən əlilliyi olan Fikrətin həyat hekayəsini dinləyirik. İstedadlı bu gəncin zamanında tibbi dəstəklə bağlı uğursuzluğu olsa da, onun həyatının sonrakı mərhələsindəki əzmi adamı heyran edir. Fikrət nə az, nə çox iki ixtisas, peşəyə yiyələnib, şeir yazmaq istedadı, texniki biliklərə yiyələnməyidə ki öz yerində. Gəlin, bu barədə özündən eşidək.
Xalq dlində desək, öz başını saxlayan, zəhmət və əməkdən qorxmayan Fikrətin tək istəyi odur ki, gözdən əlilliyi olan şəxslər üçün iş və infrastruktur imkanları geniş olsun. Maneələr aradan qalxsın ki, kimsəyə möhtac olmadan həyatlarına davam etsinlər.
Söhbətin bu yerində Fikrətdən bizə şeir səsləndirməyini xahiş edirik, sağ olsun, o da sözsüz günümüzün qəhrəmanları olan əsgərlərimizə ithaf etdiyi seirini səsləndirir.
Bu reportaj Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.












