“Bu gün DOST Agentliyində “DOST xidmətlərinin əlçatanlığı” mövzusunda ictimai dinləmədə iştirak etdik.”
Bu fikirləri QHT.az-a açıqlamsında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov bildirib.
İctimai Şura sədri qeyd edib ki, tədbir “İctimai iştirakçılıq haqqında” qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunmuşdur.
“Konstruktiv, məzmunlu mûzakirələrin yer aldıǧı ictimai dinləmədə DOST Agentliyinin İdarə Heyətinin Sədri Fərid Məmmədov, qurumun digər rəhbər işçiləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri, digər vətəndaş cəmiyyəti nümayəndələri iştirak etdilər. Tədbirə dəvətə görə DOST Agentliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm!!!”












