İstedad və bacarıq olduqdan sonra insanın aşmadığı heç nə yoxdur. Rahim Rzayev də bu gün həmin bacarıq və səbirinin sayəsində cəmiyyətdə özünə yer qazanıb və daha irəlidə hədəfləri var.O əliliyi olan insanlardan sadəcə biridir, həm də onun kimi onlarla insana gözəl nümunədir. Qonağı olduğumuz emalatxanda Rahimin saysız əl işləri göz oxşayır. Onun yaradıcılığına baxanda belə kəslərin mütləq tanıdılması və alqışlanmasına ehtiyacın olduğunu anlayırsan. Mozaika sənəti ilə məşğul olan Rahimlə söhbətimizdə o həm yaratdığı əsərlərdən, həm də işində mövcud olan problemlərdən danışıb.
Xəbərlər
İstedad əlilliyə qalib gəlir












