Xəbərlər 09.04.2024 15:09 304

QHT "Azərbaycan 2030..." layihənin icrasını tamamladı - FOTOLAR

AZƏRBAYCAN  RESPUBLİKASI  GƏNCLƏR  FONDU  QRANT MÜSABİQƏSİ  ÇƏRÇİVƏSİNDƏ “Gənclik və Maarifçilik” İB-nin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə bağlı  gənclərin maarifləndirilməsi tədbirlərinin təşkili" layihəsinin icrası tamamlanıb. Layihənin məqsədi  “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində müəyyən edilmiş inkişaf istiqamətləri ilə gəncləri yaxından tanış etmək, bu əsasda onların gələcək təhsil və karyeralarını planlaşdırmasına kömək etmək idi.

QHT.az xəbər verir ki, milli prioritetlərdə 5 istiqamət qeyd edilir: dayanıqlı, artan, rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış. Layihə çərçivəsində təhsil müəssisələrində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı gənclərin maarifləndirilməsi  üçün  dəyirmi  masalar  təşkil edilmişdi.

Layihə çərçivəsində ADPU-nun tələbələri ilə bir sıra maarifləndirici söhbətlər aparılıb. Dekabr ayında başlanmış layihə 5 ay  davam edib. 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı