Xəbərlər 04.04.2024 11:28 1163

İranda terror aktı nəticəsində 3 təhlükəsizlik qüvvəsi həlak olub

İranın Sistan və Bəlucistan əyalətinin Çabahar və Rask şəhərlərində polis məntəqələrinə silahlı terror hücumları nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı həlak olub. Bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Mərhəməti məlumat verib.

QHT.az xəbər verir ki, axşam saat 22 radələrində terrorçular Çabaharda bir neçə polis məntəqəsinə hücum ediblər. Təhlükəsizlik və hüquq-mühafizə qüvvələrimizin köməkliyi ilə onların hücumu dəf edilib, bəziləri həlak olub, yaralanıblar. Üç döyüşçü həlak olub. 

İran rəsmilərinin bildirdiyinə görə, əsasən Əfqanıstan və Pakistanla zəif mühafizə olunan sərhədin yerləşdiyi İranın cənub-şərqində fəaliyyət göstərən islamçı yaraqlı təşkilat olan Ceyş əl-Adl terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı