Xəbərlər 03.04.2024 09:08 1381

Tayvanda baş verən zəlzələdə 4 nəfər həlak olub

Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb. 

QHT.az xəbər verir ki, bu gün yerli vaxtla saat 07:58-də Hualien qraflığında baş verən 7,2 bal gücündə zəlzələ bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri adanın şərq sahillərində, Hualien şəhərindən 25 km cənub-şərqdə, mənbə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra sözügedən ərazidə 20-dən çox afterşok qeydə alınıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı