Xəbərlər 06.02.2024 08:26 1460

Bakıda güclü partlayış: Yaralı var, 10-dan çox avtomobilə ziyan dəyib

Bakının Yasamal rayonunda partlayış baş verib.

 

QHT.az “Report”-a istinadən  xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb.

 

Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib.

 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

 

Partlayışda xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı