Xəbərlər 30.01.2024 12:33 2575

Gömrük xidmətində olan şəffaflığın təmin olunması yüksək səviyyədə həyata keçiriləcək”- İctimai Şura sədri

“Ümmmilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gömrük sistemində də islahatlar aparıldı, Dövlət Gömrük Komitəsinin fəaliyətində ciddi dönüş yarandı. Dahi rəhbər Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini məhz müstəqil və yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsinə gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələr və bu qurumun inkşfına yönələn iqtisadi siyasəti nətic əsində bu gün Azərbaycanda dünya Standartlarına uyğun gömrük xidməti formalaşıb”.

QHT.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev bildirib. Onun sözlərinə görə, ölkə Pezidenti Müzəffər Ali Baş komandan cənab İlahm Əliyevin 20 illik hakimiyyəti dövründə ölkəmizdə apardığı islahatlar öncəliyində Gömrük Komitəsi dayanırdı. Bu gün Gömrük Komitəsində aparılan islahatlar yeni İnkişaf Planı və uğurlu təyinatlar bunun bariz nümunəsi olduğunu da qeyd edən Şura sədri inanır ki, bundan sonra da, Gömrük xidmətində olan şəffaflığın təmin olunması yüksək səviyyədə həyata keçiriləcək: “30 Yanvar Gömrük Komitəsinin əməkdaşlarının peşə bayramıdır,bu münasibətlə Dövlət Gömrük Komitəsinin sədri Şahin müəllim başda olmaqla bütün əməkdaşlarını peşə bayramı münasibəti ilə, təbrik edirəm, gələcək işlərində uğurlar arzu edirəm”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı