Xəbərlər 29.01.2024 00:23 2058

“Maarifləndirmə kampaniyası həyata keçirməklə seçki prosesinə öz töhfəmizi verməyə çalışırıq” – QHT sədri

“Gedən proseslər onu göstərir ki, vətəndaş cəmiyyəti institutları seçki prosesində kifayət qədər fəallıq göstərirlər. Bəllidir ki, növbədənkənar seçki prosesində monitorinqlərin keçirilməsi və digər fəaliyyətləri özündə birləşdirən 3 koalisiya müşahidəçi qismində fəalliyyət göstərir. Öz missiyasına uyğun olaraq kifayət qədər QHT təmsil olunur. Bizim təşkilat 3 koalisiyanın heç birinə daxil deyil, amma təşkilatımız təşəbbüsü ilə yaradılmış digər bir koalisiya var ki, o koalisiyanın adı  Miqrasiya Əməkdaşlıq Platformasıdır”.

Bu sözləri Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov QHT.az- a açıqlamasında bildirib. Miqrasiya Əməkdaşlıq Platformasının 2023-cü ilin oktyabr ayının 18-də təsis edildiyini bildirən QHT sədri burada 9 vətəndaş cəmiyyəti institutunun təmsil olunduğunu da bildirib: “Bizim koalisiyamız miqrantlarla bağlı işləyir. Bu prosesə öz tövfəmizi vermək istədik. Birinci xəttimiz ölkə ərazisində yaşayan əcnəblər, hansı ki azərbaycan vətəndaşı ilə nigahdadır, onların ailələrində olan maarifləndirmə tədbirləri həyata keçiririk. Əcnəbilər üzərindən həmin məsələ ilə bağlı işləyirik, görüşlərimiz təşkil olunur, onların ailəsində prezident seçkilərində iştirak edəcək 18 yaşa çatmış uşaqları seçki hüququ ilə bağlı onları maarifləndiririk”.

QHT sədr ikinci xəttin Azərbaycan Respublikasının qoşulduğu “Bütün əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyasına əsasən, ölkənin hüdudlarından kənarda yaşayan çoxsayı Azərbaycan Respublikasının vətəndaşları, hansı ki seçki prosesinə hazırlaşan vətəndaşlarla müəyyən maarifləndirmə işlərinin aparıldığını, danışıqlar, görüşlər təşkil olunduğunu da vurğulayıb: “Bu yaxınlarda Türkiyə, Rusiya, qismən Gürcüstan, Almaniya və ABŞ nümayəndələri ilə onlayn konfransda iştirak edəcəyik. Ölkədən kənarda yaşayan vətəndaşlarımız seçki prosesində fəal olan xaricdəki bizim seçki məntəqələrimizin ünvanları haqqında dəqiqləşdirmələr aparırlar. Miqrasiya Əməkdaşlıq Platforması bu istiqamətdə də işlər görür. Bir koalisiya olaraq, “Mənim səsim” adlı şüarı ilə maarifləndirmə kampaniyası həyata keçirməklə seçki prosesinə öz töhfəmizi verməyə çalışırıq. Hər hansı bir maddi dəstəyimiz, bununla bağlı hər hansı layihəmiz yoxdur. Bizim Miqrasiya Əməkdaşlıq Platformasında bu işlə məşğul olan işçi qrupumuz var. Əsas operator rəhbəri mən olduğum təşkilat olan Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasıdır. İnformasiya müstəvisində də, bizim platformaya üzv olan KİV-də əlaqələndirilmiş şəkildə, mütəşəkkil qaydada maarifləndirmə tədbirləri həyata keçiririk. Az vaxt qalmağına baxmayaraq, uğurlu fəaliyyətlərə imza atmışıq”.

3- cü xəttin isə həm 18 yaşa çatmış vətəndaşlar, həm də Azərbaycanda vətəndaşlıq almış şəxslər bu seçki prosesində iştirak etmək hüququ qazanmaq olduğunu, bunlara görə iştiraklarından şərəf duyduğunu bildirən Azər Allahverənov ümid edir ki, vətəndaş cəmiyyəti institutları, QHT sektoru olaraq bu prosesə öz tövfələrini verəcək.

Qeyd edək ki, Miqrasiya Əməkdaşlıq Platformasının daxili resursları hesabına keçiriləcək maarifləndirmə kampaniyası prezident seçkilərinin əhəmiyyəti, seçki hüququnun təmin olunması, seçicilərin hüquq və vəzifələri, geniş əhali qrupları, o cümlədən hazırda xarici ölkələrdə yaşayan və səsvermə hüququna malik Azərbaycan vətəndaşları arasında təbliğat və təşviqat işlərinin həyata keçirilməsi, həmçinin digər mövzuları əhatə edəcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı