Xəbərlər 25.10.2023 19:02 1902

Ərdoğan HƏMAS-ın tərəfinə keçərək İsrailə səfərini ləğv edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə hərbi münaqişədə HƏMAS-ın tərəfini tutaraq, onu “öz torpaqlarını qorumaq üçün mübarizə aparan azadlıq təşkilatı” adlandırıb.

Ərdoğan qeyd edib ki, Qərb birləşib və HƏMAS-ı terror təşkilatı hesab edir: "İsrail, Qərbin sizə çox borcu var, Türkiyənin isə sizə heç bir borcu yoxdur. HƏMAS terror təşkilatı deyil, öz torpaqlarını qorumaq üçün mübarizə aparan azadlıq təşkilatıdır. İsrailə planlaşdırılan səfərini ləğv etdim, çünki “onlar bizim xoş niyyətimizdən sui-istifadə edirlər”.

O, həmçinin bildirib ki, ABŞ İsraillə birlikdə ədalətə qarşı olduqları üçün uduzacaq. Ərdoğan tərəfləri atəşi dayandırmağa və humanitar dəhliz yaratmağa çağırıb. O qeyd edib ki, Türkiyə “siyasi və hərbi mövcudluğu ilə Fələstin tərəfinin qarantı olmağa” hazırdır.

 

 

 Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı