“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” layihəsinin hazırlanması məqsədilə 11 iyul 2025-ci il tarixində BMT-nin Uşaq hüquqları Komitəsinin eksperti Sofia Kiladze və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova Uşaq Səfirlər Məclisi (USM) üzvləri ilə görüşüblər.
QHT.az xəbər verir ki, görüşdə USM-in fəaliyyəti haqqında məlumat verilmiş, uşaqların Fəaliyyət Planı layihəsinə dair təklifləri dinlənilib, müzakirə aparılıb.












