“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün yay təcrübə proqramı – 2025” layihəsi çərçivəsində təqdimatlar davam edir.
QHT.az xəbər verir ki, proqram çərçivəsində “İctimaiyyətlə əlaqələr və sosial medianın peşəkar idarə olunması” mövzusunda keçirilən görüş zamanı iştirakçılar effektiv ictimaiyyətlə əlaqələr strategiyalarının qurulması, sosial medianın müasir cəmiyyətdə əhəmiyyəti, sosial şəbəkələr üçün məlumatların hazırlanma prosesi və media savadlılığı ilə bağlı məlumat əldə ediblər.
Xatırladaq ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlərdə – idarəetmə, layihələrin təşkili, ictimai fəaliyyət və kommunikasiya sahələrində real iş təcrübəsi qazandırmaq, onların gələcək peşə fəaliyyətlərinə töhfə verməkdir. Təcrübə proqramı zamanı seçilmiş könüllülər RİİB-in müxtəlif şöbələrində fəaliyyət göstərəcək, peşəkar heyətlə işləmək imkanı əldə edəcəklər.












