Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı və ictimai xadim Əkbər Qoşalı TÜRKSOY tərəfindən təltif olunub. Bu xoş xəbər Azərbaycan Milli Mətbuatının 150 illik əlamətdar yubileyi ərəfəsində baş verib.

QHT.az xəbər verir ki, Əkbər Qoşalı şəxsi paylaşımında təltifi yüksək dəyərləndirərək bu sözləri qeyd edib:
“Azərbaycan Milli Mətbuatının 150 illik əlamətdar yubileyi ərəfəsində TÜRKSOY-dan belə bir anlamlı təltif çox xoş oldu. Başqan Sultan Rayevə, bütün TÜRKSOY-lulara sevgi-sayğılarımı yetirirəm! Tanrım utandırmasın!”

Paylaşımına İmadəddin Nəsimidən klassik bir beyti əlavə edən yazar, söz sənətinə və mənəvi dəyərlərə bağlılığını bir daha nümayiş etdirib:

“Fəraqı çəkməyən aşiq vüsalın qədrini bilməz,
Cəmilə olmayan vasil cəmalın qədrini bilməz.”

 

Pərvanə Fərhadqızı