Xalqımızın müqəddəs ocağı –Şəhidlər Xiyabanı. Müstəqilliyimizin, azadlığımızın carçıları.... özlərini sovet tanklarına, gülləsinə sipər edən şəhidlərimiz. Və ölümləri ilə sevgi simvoluna çevrilən İlham və Fərizə. Müsahibimiz, “Qanlı Yanvar” şəhidimiz İlhamın qardaşı Elxan Allahverdiyev 31 il sonra bizi yenə o qanlı, hüznlü günlərə aparır.