Bu güllə səslərini xalqımız var olduqca unuda bilməz. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə. Xain sovet qoşunlarının Bakıya silahlı basqını və müstəqillik, azadlıq arzusumuzu boğmağa çalışan sovet əsgərləri. Həmin tarixdən 31 il keçir, amma qanlı gecənin dəhşətini hələ də xatırlayırıq.