“Bakı Şəhəralma Həftəsi” çərçivəsində qlobal əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atılıb: 14 may 2026-cı il tarixində Bakı şəhərində “Bakı Şəhəralma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının I Baş Assambleyası keçirilib. Tədbir paytaxtın Gülüstan Sarayında təşkil olunub. 

Bu sözləri "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında bildirib.

Çingiz Ramazanlı bildirib ki, tədbir müxtəlif ölkələrdən olan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib: "Baş Assambleya dünyanın müxtəlif ölkələrindən gəlmiş vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib. Forum çərçivəsində qlobal problemlərin həlli və yeni əməkdaşlıq mexanizmləri müzakirə olunub".

Sədr vurğulayıb ki, müasir dünyanın problemləri artıq ümumbəşəri məsuliyyət məsələsinə çevrilib: "Müasir dövrdə dünya iqlim dəyişiklikləri, sosial bərabərsizlik və humanitar böhranlarla üz-üzədir. İştirakçılar bu problemlərin artıq ayrı-ayrı ölkələrin deyil, ümumbəşəri məsuliyyət olduğunu vurğulayıblar".

Ç.Ramazanlının sözlərinə görə, sosial xidmətlərin inkişafı forumun əsas istiqamətlərindən biri olub: "Tədbirdə sosial xidmətlərin modernləşdirilməsi əsas mövzulardan biri olub. Qeyd edilib ki, səhiyyə, təhsil və sosial müdafiə xidmətləri müasir texnologiyalar və insan yönümlü yanaşmalar əsasında təkmilləşdirilməlidir".

Çingiz Ramazanlı bildirib ki, uşaq aclığı problemi beynəlxalq ictimaiyyət üçün ciddi çağırış olaraq qalır: "Xüsusilə uşaq aclığı problemi diqqət mərkəzində saxlanılıb. Dünyanın müxtəlif bölgələrində milyonlarla uşağın qida çatışmazlığından əziyyət çəkməsi ciddi narahatlıq doğurduğu bildirilib. Bu problemin həlli üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyi qeyd olunub".

Sədr qeyd edib ki, evsiz insanların sosial müdafiəsi məsələsi geniş müzakirə olunub: "Evsiz insanların müdafiəsi məsələsi də geniş müzakirə edilib. Sosial baxımdan həssas qrupların təhlükəsiz yaşayış və sosial təminat imkanlarının artırılmasının dövlətlərin əsas prioritetlərindən biri olduğu vurğulanıb".

Ç.Ramazanlının sözlərinə görə, iqlim dəyişikliklərinin yaratdığı risklər və təbii fəlakətlərə hazırlıq məsələləri də diqqət mərkəzində olub: "Tədbirdə həmçinin təbii fəlakətlər zamanı həssas əhalinin müdafiəsi, eləcə də iqlim dəyişikliklərinin yaratdığı risklər müzakirə olunub. Qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi qeyd edilib".

Çingiz Ramazanlı bildirib ki, diskriminasiya ilə mübarizə məsələsi forumun əsas mövzularından biri kimi önə çıxıb: "Diskriminasiya hallarına qarşı mübarizə də forumun əsas mövzularından biri olub. İştirakçılar irqindən, dinindən, sosial statusundan və yaşayış yerindən asılı olmayaraq hər bir insanın bərabər hüquqlara malik olduğunu vurğulayıblar".

Sədr vurğulayıb ki, dünya sülhünün qorunması üçün dialoq və əməkdaşlıq əsas vasitə hesab olunur: "Forumda münaqişələrin qarşısının alınması və dünya sülhünün qorunması ilə bağlı çağırışlar da səsləndirilib. Dialoq və əməkdaşlığın münaqişələrin həllində əsas yol olduğu qeyd olunub".

Ç.Ramazanlının sözlərinə görə, Baş Assambleyanın yekununda beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacib hesab edilib: "Baş Assambleyanın yekununda vətəndaş cəmiyyəti arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, gələcək birgə sosial layihələr üzrə fikir mübadiləsi aparılıb".

Çingiz Ramazanlı bildirib ki, Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib: "Bakı şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. “Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi”nin tədbirə dəvət olunması isə vətəndaş cəmiyyətinin beynəlxalq platformada artan rolunun göstəricisi kimi dəyərləndirilib".

Sədr qeyd edib ki, keçirilən Assambleya qlobal həmrəyliyin mühüm nümunəsi kimi yadda qalıb: “Bakı Şəhəralma Həftəsi” çərçivəsində keçirilən bu Assambleya qlobal həmrəyliyin və birgə fəaliyyətin mühüm simvolu kimi yekunlaşıb".

Fatimə Nəbiyeva