İnsan alveri, kontrabandası qanunla məsuliyyətə cəlb olunan cinayət hadisəsidir. İnsan alverinin çox şaxələnmiş qolları var və bu qurban toruna düşən ən çox qadın və uşaqlardı ki, buda 80 % təşkil edir. Qadınları məhz bu yola yönləndirən, istiqamətləndirən səbəbləri məhz ekspertlər sosial maddi durumun çox aşağı olması və eləcədə gender bərabərsizliyinin olması ilə əlaqələndirirlər.

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu Samirə İsmayılova QHT.az- a bildirib ki, illərdir insan alveri ilə mübarizə aparılır: “Amma nə qədər mübarizə aparılsada, insanlar maariflənsədə, mübarizə aparılmasına baxmayaraq hər il milyonlarla insan qurbana çevrilir. İnsan alveri ən böyük bəşəri hadisədir və buna aid olan faktorlar ilk öncə maddiyat, uğursuz ailə və ya ailənin olmamasıdır. İnsan alverinin qurbanlarına aid depressiv tipləri aid etmək olar. Depressiv tiplər daha çox yalanın və zorakılığın qurbanı olurlar. Daha sonra simic tipi misal çəkək. Daha asanlıqla maddi durumu yaxşılasdırmaq gözəl əşyalarının olması düşüncə və istəyi onları “hədəfə doğru” inamla aparır və ya özünə qapanmış, tənha qurbanı misal çəkmək olar. Belə ki, tənhalıq hissi savad almayan tənha insanın düşüncə tərzini zəiflədir. Uğurlu evli həyatı istəyir və çox asanlıqla qurbana çevrilir”.

Stokholm sindromundan əziyyət çəkən qurbanlardan misal çəkən psixoloq qeyd edib ki, bu sindrom populyar psixologiyaya aid termin olaraq insan oğurluğu, zorakılıq tətbiqi və ya belə zorakılıq tətbiqi hadisəsi zamanı qurbanla aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı, müdafiə- təhtəlşüur xarakterli travmatik əlaqəni təsvir edir: “Belə qurbanlar çox böyük psixoloji və fiziki travma alırlar, onlara çox keyfiyyətli kömək lazımdır. Təsəvvür edin adi gündəlik məişət qayğılarını problem edib, mən stresdəyəm, mənim ağır həyatım var, hər şeyi dramatikləşdirən öz psixi sağlamlığına bilərəkdən və ya bilməyərəkdən zərbə vuranları insanları və birdə aylarla illərlə alçalmış mənəviyyatlarına olmazın əzabı verilmiş qurbanları düşünün. O qurbanların həyata qayıtması üçün nə qədər insanı səbr anlayış və eləcə də mütəxəssis professionallığı lazımdır. Bu prosesə aylar, illər lazım olur”.

Psixoloq bununla bağlı real hadisəni danışır: “A şəxsində bir xanım 14 yaşında ailəsinin məcburiyyəti nəticəsində zorla evləndirilmişdir. Evləndiyi şəxs tərəfindən daimi olaraq şiddətə, təhqirə məruz qalmışdır. Yoldaşı qumar oyunlarında dəfələrlə uduzmuş, külli miqdarda borclanmışdır. Borcunu ödəyə bilmədiyindən A adlı xanımı borcunun qarşılığında tək gecəlik olmaqla B adlı şəxsə sataraq borcunu ödəmişdir. Bundan sonra A adlı xanım qaçmış və öz ailəsinin yanına gəlmişdir. Lakin həyat yoldaşı onu tapmış, bıçaqlamışdır. Bundan sonra A 2-3 ay müddətində xəstəxanada komada qalmışdır. Ona məsləhətlər nəticəsində bizə müraciət etmişdi. Bizim onunla ilk seansımızda xanımda ciddi psixoloji problemlər, çox əsəbilik, özgüvənsizlik və s. ciddi problemlər aşkarlamışdıq. Lakin bizim mütəmadi seanslar təyin etmiş, təlimlərdə iştiraka cəlb etmiş və onunla müəyyən söhbətlər aparaq sıx əlaqələr qurmuşduq. Elə bunların nəticəsinə A xanım normal yaşama geri dönmüşdür.  Bizim bunun kimi sayısız işlərimiz olmuş, hər biridə uğurla nəticələnmişdir. Bu kimi işlərdə önəmli olan həmin qurbanlara əl uzatmaq, onlara dəstək olmaqdır”.

İnsanların həyata qayıdışı adaptasiyası o qədər çətin olur ki, qarşındakı insan canlı ölü kimi sayılır. Gözlər soyuq mənasiz laqeyd və birazda aqressiv baxışlar. Saatlarla oturub baxa bilərlər, heç nə danışmadan kontakta girmək istəmədən o qədər ehtiyatla davranılır ki, kiçik bir söz qıcıq yarada bilir, həyəcanlandırar, aqressivliye səbəb ola bilər. Heç kimə etibar etmirlər. Çünki bir dəfə inandılar, etibar etdilər. Hər kəsi süni yalan qəbul edirlər və onlara kömək etmək istəyənə beton sərt hədd çəkirlər. Öz həyatlarına çox laqeyd yanaşırlar, qərar qəbul etməkdə çətinlik çəkirlər. Bu qurbanlar daim qorxu içindədilər, həyəcanlı, özünə qapanmış və aqressiv olurlar. Psixaloji travma alanlar hadisələrə doğru düzgün qərar verə bilmirlər. Çox zaman qurban olan insanlar lazım olan instansiyalara müraciət etmirlər. Qorxurlar ki, onları ittiham edərlər, gülərlər, hər kəs tərəfdən təklənərlər və ya insan alveri tacirlərinin intiqamı ilə rastlaşacağından qorxurlar. Bununla əlaqədar olaraq, dövlətimiz bu tip zərərçəkmiş insanlarla xüsusi qayğı ilə yanaşaraq xüsusi reablitasiya mərkəzləri yaradıb. Bu sahədə hökumət və qeyri hökumət təşkilatları öz qüvvələrini səfərbər edib və bu sahə üzrə yardım mərkəzləri yaradılıb. Yardım mərkəzlərində insan alveri qurbanlarına və potensial insan alveri qurbanlarına hüquqlarının bərpa edilməsi üçün hüquqi yardım, eyni zamanda, onlara və ailələrinə alınmış psixoloji travmanın aradan qaldırılması məqsədi ilə psixoloji yardım göstərilir. Müraciət etmiş şəxsin insan alverinin qurbanı olması ehtimal olunduqda, o, mərkəz tərəfindən müvəqqəti sığınacaqda təmin edilir.

Sonda Samirə İsmayılova hər bir kəsə məsləhəti odur ki, yalançı vədlər, qeyri leqal işlərə qoşularaq yüksək əmək haqqı eşqinə düşənlər addım atmamışdan əvvəl düşünməlidirlər: “Yoxsa növbəti qurban siz özünüz ola bilərsiniz”.

 

 

Pərvanə Fərhadqızı