Meksikanın paytaxtı Mexiko şəhərində keçirilən marafonda 11 min qaçışçı mübarizədən kənarlaşdırılıb. Yarış rəsmiləri, diskvalifikasiya edilmiş iştirakçıların qısa yollardan istifadə edərək 26,3 kilometrlik yolu qısaltdıqlarını açıqlayıb.

QHT.az xəbər verir ki, avqustun 27-də baş tutan marafonda rəqiblərin avtomobil, ictimai nəqliyyat və velosipeddən istifadə etməsi ilə bağlı şikayətlərdən sonra araşdırma başlanıb. Yarış izləmə məlumatlarının araşdırılması nəticəsində minlərlə iştirakçının yarış zamanı 5 kilometrlik nöqtəni keçmədiyi müəyyən edilib.

Qeyd edək ki, XL Mexico City Marathon Telcel 2023 tədbiri zamanı hansı iştirakçıların qeyri-idman davranışı nümayiş etdirdiyi müəyyən edilməyə davam ediləcək və onların yarış vaxtları dayandırılacaq.

 

Pərvanə Fərhadqızı