İdmansevərlər üçün sentyabrın 24-ü "Gəlin birlikdə qaçaq!" şüarı altında İsmayıllı rayonunda yarış keçiriləcək.
QHT.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən yarışda fərqli yaş qruplarından olan iştirakçılar 14 kateqoriya üzrə mübarizə aparacaqlar:
800m qarışıq (2013- 2015 təvəllüdlü uşaqlar)
1000m qarışıq (2010-2012 təvəllüdlü uşaqlar)
1500m oğlanlar, qızlar (2008, 2009 təvəllüdlü uşaqlar)
2000m oğlanlar, qızlar (2006, 2007 təvəllüdlü uşaqlar)
5000m kişilər, qadınlar (18 yaş üzəri, 40 yaş üzəri, 50 yaş üzəri, 60 yaş üzəri).
Qaliblər uşaqlar, qadın, kişi və veteranlar (40-50 yaş, 50-60 yaş, 60+) kateqoriyası üzrə mükafatlandırılacaqlar.
Məkan: İsmayıllı rayon Mədəniyyət Mərkəzinin qarşısı
Saat: 11:30
Qeyd: Yarışa idman formasında, 1 saat əvvəldən gəlməyiniz və şəxsiyyət vəsiqənizi özünüzlə götürməyiniz xahiş olunur.
Qeydiyyat üçün:
https://forms.gle/sQSQvycsb7LFQts47
Pərvanə Fərhadqızı












