Avqustun 29- da "Dəstəkolaq.az" veb-səhifəsinin təqdimatı keçirilib.
QHT.az xəbər verir ki, təqdimatda Amerika Birləşmiş Ştatlarının Səfirliyi - Gənclər, Mədəniyyət və İdman Mübadilə Proqramları Koordinatoru - İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsul nümayəndəsi Fərqani Əliyev, "Müstəqil Həyat Tərzi Əlillərə Dəstək" İB-nin sədri Aydın Xəlilov və "Cığır" İctimai Birliyinin rəhbərliyi, eyni Birliyin qeydiyyatda olan həssas qrup nümayəndəsi xanımlar iştirak ediblər.
Layihənin məqsədi Azərbaycanın bütün bölgələrində əhalinin həssas qruplarına onlayn platformada özləri haqqında bütün lazımi məlumatlarla profillərini açmaq imkanı verməklə onların iş imkanlarını genişləndirməkdir.

Layihə rəhbəri Əhəd Kazımov əvvəlcə layihənin məqsədi barədə ətraflı çıxış edib. Çıxışlar yekunlaşdıqdan sonra veb-səhifənin geniş təqdimatı baş tutub.
Qeyd edək ki, Dəstəkolaq.az layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.
Pərvanə Fərhadqızı












