İyunun 12-də QHT TV-nin "İctimai Baxış" proqramının növbəti canlı yayımı reallaşıb.
Canlı yayımda Cəsarət Hüseynzadənin qonağı “Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal olub.
Proqram boyu Türküstan qəzetinin yarnması və keçdiyi yola, mətbuatın hazırkı vəziyyətində, pandemiya dövründə media və QHT-lərin fəaliyyətinə “İctimai Baxış” keçirilib.
Xatırladaq ki, canlı yayım Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən “Evdə qalaq, bilgi alaq” aksiyası çərçivəsində “Koronavirus pandemiyası dövründə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin onlayn təbliği” layihəsi çərçivəsində baş tutub.












