Xəbərlər 23.04.2024 12:36 1790

"Barnahus Modeli ilə Mümkün Mükəmməllik" - Uşaqların Müdafiəsi Konfransı keçirilib - FOTOLAR

16-18 aprel 2024-cü il tarixində Montenegronun paytaxtı Podgorisada Monteneqro Hökuməti tərəfindən UNİCEF ilə birgə əməkdaşlıqda "Mükəmməlliyə nail olmaq: Barnahus Modelindən istifadə edərək uşaqların effektiv müdafiəsi üçün birləşmə" adlı Konfrans təşkil edilib.

QHT.az xəbər verir ki, "Mükəmməlliyə nail olmaq: Barnahus Modelindən istifadə edərək uşaqların effektiv müdafiəsi üçün birləşmə" Konfransı müxtəlif sektorlardan olan dövlət qurumları ilə maraqlı tərəfləri bir araya gətirərək müzakirələrin təşkili, təkmilləşdirməli sahələrin müəyyənləşdiriməsi və gələcəkdə milli qanunvericiliyə müvafiq düzəlişlər/əlavələrin nəzərdən keçirilməsi üçün interaktiv platformaya çevriləcəyi gözlənilir.

Monteneqroda keçirilmiş Barnahus Konfransı Avropa və Mərkəzi Asiyadan olan dövlət rəsmilərini, beynəlxalq təşkilatlarını, tərəfdaşları və Barnahus modelinin yaradıcılarını, uşaqların müdafiəsi və uşaq hüquqları üzrə ekspertləri də daxil olmaqla müxtəlif iştirakçılar qrupunu bir araya gətirdi. Bu nümayəndələr -sosial xidmətlər, ədliyyə, səhiyyə və hüquq-mühafizə kimi müxtəlif sektorların zəngin təcrübəsinin bölüşməsinə səbəb oldu.

Konfransda UNİCEF Azərbaycan ofisinin dəstəyi ilə Azərbaycandan iki qeyri-hökümət təşkilatları olan – Ümidli Gələcək Sosial Təşəbbüslər İB-nin icraçı direktoru Kəmalə Aşumova və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisinin rəhbəri Radə Telman qızı iştirak edərək Azərbaycanda uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində görülən işlər, dövlət qurumları ilə birgə əməkdaşlıqda zorakılıq qurbanı-uşaqların hüquqlarının müdafiəsi, xidmətlərə çıxış, yönləndirmə prosedurları haqqında məlumat veriblər. 

Qeyd edək ki, konfrans maraqlı olmaqla yanaşı gələcəkdə ölkələrin və qurumların müsbət təcrübəsindən istifadə edib öz fəaliyyətimizə uyğunlaşdırılması mümkündür. Beynəlxalq konfransda iştirak dünyanın hər yerindən olan həmkarlarla fikir və təcrübə mübadiləsi aparmağa imkanı verdi. Bundan əlavə, bu cür tədbirlər yeni əlaqələr qurmağa və peşəkar şəbəkəni genişləndirməyə də töhfə verəcəkdir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı