Xəbərlər 20.04.2024 20:11 3243

“Ailə daxili mübahisələrin mediasiya prosesləri vasitəsi ilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mediasiya Şurası və Bakı 9 saylı mediasiya təşkilatının birgə təşkilatçılığı ilə konfrans keçirilib. 
 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”na uyğun olaraq keçirilən konfrans “Ailə daxili mübahisələrin mediasiya prosesləri vasitəsi ilə həllində psixoloqların rolu” mövzusuna həsr olunub. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev mövzu ilə bağlı çıxış ediblər. Çıxışçılar təmsil olunduqları qurumlar tərəfindən bu sahədə görülən işlər barədə məlumat veriblər. 
Görüş zamanı mediasiya proseslərinin tətbiqində meydana çıxan suallardan biri olan proseslərdə psixoloqların və psixologiya sahəsində fəaliyyət göstərən təşkilatların iştirakı məsələləri geniş müzakirə edilib və təkliflər dinlənilib. 
Təqdimatlarda həmçinin qeyd edilən sahədə psixoloqların fəaliyyətinin tənzimlənməsi, bu sahədə nəzarət, qiymətləndirmə, monitorinq və sertifikasiyanın, eyni zamanda psixoloqların reyestrinin aparılmasının vacib olduğu diqqətə çatdırılıb. 
Daha sonra Türkiyənin İstanbul Gedik Universitetinin rektoru Dr. Professor Ahmet Kesik çıxış edərək qardaş ölkənin müavfiq sahədəki təcrübəsi barədə fikirlərini bildirib. İştirakçılar Türkiyədə geniş tədbiq edilən təhsil mediasiyası sahəsində Türkiyə Universitetlərinin təcrübəsi ilə tanış olublar. 
Konfrans müzakirələr və təkliflərin verilməsi ilə başa çatıb.
#ƏƏSMN #SXA

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı