Xəbərlər 19.04.2024 15:18 3961

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin 28 Fevral 2024-cü il tarixli Qurultay qərarı Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən qeydiyyata alınmış və qeydiyyat sənədləri 18 Aprel 2024-cü il tarixində İctimai Birliyə təqdim edilib.

QHT.az xəbər verir ki, qurultay qərarına əsasən İctimai Birliyin idarəetmə orqanı olan idarə heyətinin yeni say tərkibi formalaşmış və növbəti iki il müddətinə üzvlər seçilib. İdarə heyətinə Murad Ağalarov (sədr), Şamxal Həşimov (sədrin müavini), Rafiq Mütəllimov, Nardanə Yusifova, Könül Nəhmətova, Reyhan Mənəfova və Taleh Şahməmmədov üzv seçilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı