Xəbərlər 18.04.2024 12:19 1715

Hemofiliya Assosiasiyasının sədri Madriddə işgüzar səfərdədir

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov İspaniyanın Madrid şəhərində işgüzar səfərdədir. 

QHT.az xəbər verir ki, Dünya Hemofiliya Federasiyasının Azərbaycandan yeganə və həqiqi üzv təşkilatı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri olaraq 18-21 aprel 2024-cü il tarixində dünyanın 147 ölkəsindən üzv pasiyent təşkilatları üçün prekonress də iştirak edərək Azərbaycanı təmsil edəcək. Daha sonra Dünya Hemofiliya Federasiyasının üzv təşkilatları ilə birgə təşkil etdiyi 4000 nəfərlik konqresdə iştirak edəcək.

Konqresdə dünya şöhrətli alimlər tərəfindən tibbin son nailiyyətləri haqqında çıxışlar olunacaq və təcrübə mübadiləsi aparılacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı