Xəbərlər 17.04.2024 16:02 2875

Ümidin arxasınca: Gülnarə Hüseynovanın hekayəsi

“Bu gün Dünya Hemofiliya günüdür. Mən bu xəstəlik və ondan əziyyət çəkən insanlarla Hemofiliyalı Xəstələrin Respublika Assosiyasiyasının İdarə Heyətinin üzvü, icraçı direktor Gülnarə Hüseynova vasitəsilə tanış olmuşam. 1990-cı illərdə nə media indiki qədər əlçatan və məlumatlı deyildi, nə də QHT-lər. Ancaq xəstəlik heç nəyə baxmır. Həmin çətin dönəmlərdə Gülnarə xanım hemifiliyadan ( qanın laxtalanma pozğunluğu) əziyyət çəkən uşaqları və onların analarını bir araya toplayıb dar resusrlarla onlara dəstək olmağa çalışırdı”.

QHT.az xəbər verir ki, bu sözləri jurnalist Fərqanə Allahverdiqızı bildirib. O, qeyd edib ki, çətin tapılan tibbi xidmətlər, dərmanlar, uşaqların çarəsizliyinə bir də mənəvi çətinliklər əlavə olunurdu. Gülnarə xanımın çox əzab-əziyyətlə xəstəxanalardan birində həmin uşaqlar üçün kiçik bir şöbənin yaradılmasına nail olduğunu da vurğulayan jurnalist ancaq bunun heç də yetərli olmadığını da qeyd edir: “İndi Dünya Hemafiliya gününə həsr olunan tədbirdə Hemofiliyalı Xəstələrin Respublika Assosisasiyasının rəhbəri Ayaz Huseynov regionlarda bu xəstəlikdən əziyyət çəkən şəxslər üçün reabilitasiya mərkəzlərinin açıqmasından, icbari tibbi sığortadan yararlanmalarından danışır. Bunu eşitmək çox xoş idi. Eyni zamanda mənə Assosiasiyanın keçmiş çətinliklərini xatırlatdı. Sevindiricidir ki, böyük zəhmət, əzimkarlıq nəticəsini verdi. Gülnarə xanım həmin uşaqlara, valideynlərə həyata fərqli baxaraq yaşamağı öyrədib həm də. Bu, heç bir mükafat, xoş sözlə qarşılana bilməz. Uğurları bol, sağlamlığı daimi olsun!”


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı