Xəbərlər 08.04.2024 18:29 2198

30 şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında 30 şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb.

 

Gəncə, Mingəçevir, Şəmkir, Ağsu, Ağdaş, Astara, Ağdam, Beyləqan, Bərdə, Cəlilabad, Göygöl, Goranboy, Xaçmaz, Qax, Qazax, Quba, Lənkəran, Masallı, Naftalan, İsmayıllı, Samux, Sabirabad, Salyan, Şabran, Şirvan, Ucar, Qax, Qazax, Tovuz və Zaqatalada yaradılan günərzi qayğı mərkəzlərində ümumilikdə 900 uşağa xidmət göstəriləcək.  

 

Günərzi mərkəzlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin korreksiya, abilitasiya, reabilitasiya və s. xidmətlərlə, psixoloji dəstəklə təminatı nəzərdə tutulub.

 

Habelə onlara sosial inkluziyanin təmin edilməsi, maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsi ilə özünə xidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi üçün xidmətlər göstəriləcək.

 

Qeyd olunan layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır. 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı