Xəbərlər 26.02.2024 21:31 904

Macarıstan İsveçin NATO-ya daxil olmasını təsdiqləyib

Macarıstan deputatları Alyansın genişlənməsini demək olar ki, yekdilliklə dəstəklədilər.

QHT.az xəbər verir ki, Macarıstan parlamenti bu gün İsveçin Şimali Atlantika Alyansına (NATO) daxil olmasını dəstəkləyib. 188 macar deputat müvafiq qərarın qəbul edilməsinin lehinə, 6-sı əleyhinə səs verib.Lakin qanunun qüvvəyə minməsi üçün hələ də Macarıstan prezidentinin imzası lazımdır.

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq Macarıstan parlamentinin İsveçin Alyansa daxil olmasını dəstəkləməsinə reaksiya verib.

"Mən Macarıstan parlamentinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək üçün səsverməni alqışlayıram. İndi bütün müttəfiqlər bu qərarı təsdiqlədikdən sonra İsveç NATO-nun 32-ci müttəfiqi olacaq. İsveçin üzvlüyü hamımızı daha güclü və təhlükəsiz edəcək", - Stoltenberq sosial şəbəkədə yazıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı