Xəbərlər 19.01.2024 11:05 2265

Əlilliyi olan şəxslərin sanatoriya-kurort növbəliliyi proaktiv qaydada həyata keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ildən istifadəyə verilən Fərdi Reabilitasiya və Abilitasiya Proqramının (FRAP) tətbiqi üzrə altsistem vasitəsilə əlilliyi olan şəxslərin sanatoriya-kurort növbəliliyi proaktiv qaydada həyata keçirilir.

Belə ki, sanatoriya-kurort müalicəsinə tibbi göstərişi olan şəxslər haqqında məlumat yollayış üçün növbəyə alınmaq məqsədilə FRAP vasitəsilə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sanatoriya-kurort altsistemi”nə ötürülür. 

Beləliklə hər hansı quruma müraciət edilmədən və sənəd təqdim olunmadan sanatoriya-kurort növbəliliyi formalaşdırılır. 

Həmçinin vətəndaşın sanatoriya-kurort yollayışı ilə təmin olunması və şəxsin müalicəsi ilə əlaqədar qeydlər də müvafiq altsistemə daxil edilir.

Sistemlərin inteqrasiyası nəticəsində FRAP-ın tərtibi, sanator-kurort yollayışları və görülmüş tədbirlər altsistemdə əks olunur, həmçinin vətəndaşlar “e-sosial” portalında şəxsi kabinetlərində sanatoriya-kurort növbəliliyini izləyə bilir.

Qeyd edək ki, FRAP-da əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirlər əhatə olunur. Altsistemdə əlilliyi olan şəxslərlə bağlı məlumatlar, onların yaşayış yerləri, bacarıqları, onlarla bağlı nəzərdə tutulan reabilitasiya və abilitasiya tədbirləri də qeyd olunur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı