Şirkətlərdə həssas-gender yanaşmanın tətbiqi təşviq edilir - FOTOLAR
İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəklədiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi Cənubi Qafqazda Qadınların İqtisadi Gücləndirilməsi layihəsi çərçivəsində şəbəkələşmə tədbiri təşkil edilib.
QHT.az xəbər verir ki, tədbirin məqsədi şirkətlərdə həssas-gender yanaşmanın tətbiqini təşviq etmək və Qadınların Gücləndirilməsi Prinsiplərinin (WEPs) dayanıqlılığını artırmaq olub.
Qeyd edək ki, görüşdə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, o cümlədən öhdəliklərin həyata keçirilməsi üçün müəyyənləşdirilmiş konkret tədbirlər üzrə fikir mübadiləsi aparılıb, həmçinin şirkətlərin təcrübəsi, bu sahədəki maneələr və atılan praktiki addımlar müzakirə olunub.
R. İmanov