Xəbərlər 10.07.2023 13:40 1749

"Mülkünü girov qoyur, gedir biznesə baş vurur və batırır"- Deputat

"Bank pul verməklə kifayətlənməməlidir, həm də o sahibkarın pul qazanmasına yardımçı olmalıdır. Biz buna bir maliyyə startapı kimi yanaşa bilərik. İnsanlar var biliyi var, pulu yoxdur. O pulu kapitala çevirmək üçün kimsə buna yardım göstərməlidir. Bir çoxlarının yaxşı ideyası var, biznes layihəni hazırlatdırır, evini, mülkünü girov qoyur, gedir biznesə baş vurur və batırır. Onun biliyi, nəzəriyyəsi var, amma biznesinin mahiyyət göstəricisi yoxdur. Bu boşluğu pulverən doldurmalıdır".

QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razı Nurullayev “Bank mübahisələrinin uğurlu həlli yolları" adlı konfransda çıxışı zamanı bildirib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı