Xəbərlər 05.07.2023 16:30 2250

“Güney azərbaycanlıların ana dilində təhsil problemi” mövzusunda layihə icra olunacaq

“Ortaq Dəyərlər” İctimai Birliyi “Güney azərbaycanlıların ana dili və azərbaycançılıq ideyaları ətrafında birləşməsi istiqamətində media platformalarında iş” adlı layihənin icrasına başlayır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşəcək layihə 3 ay - iyul-sentyabr aylarında icra ediləcək.

 

QHT.az bildirir ki, bu barədə açıqlama verən “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, İranda öz tarixi torpaqlarında yaşayan Güney azərbaycanlılar ana dilində təhsil, milli, mədəni dəyərlərin öyrənilməsi və təbiqi məsələlərindən məhrumdurlar. Azərbaycan Respublikası hüdudlarından kənarda yaşayan soydaşlarımızın bu prosesə aktiv qoşulması, onların milli, mədəni haqlarının, ana dilində təhsil, azərbaycançılıq ideyası ətrafında birləşmək, qarşılaşdığı problemlərin həlli Azərbaycan dövləti və xalqı qarşısında dayanan başlıca məsələlərdən biridir. Güney azərbaycanlıların milli, mədəni haqlarının müdafiəsi isə ən ümdə məsələdir. Tədqim etdiyimiz layihə də, məhz bu məsələləri hədəfləyir”.

 

Layihə çərçivəsində mövzu ilə bağlı internet televiziyasında proqramlar yayınlanacaq, mediada yazılar dərc olunacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı