Xəbərlər 16.02.2023 14:05 1405

QHT-lər  Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək tədbirlərinə qoşulub - FOTO

Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları qardaş Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkənlərə dəstək tədbirlərinə qoşulub.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində toplanan yardımlar (böyük və uşaqlar üçün isti geyimlər, eləcə də əlcək, şərf, gödəkçələr, yataq dəstləri, təmizlik ləvazimatları, qida, su, adyal, yorğan, döşək, yastıq, uşaq qida məhsulları, tibbi ləvazimatlar, radiatorlar) çeşidlənərək yardım məntəqsinə təhvil verilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq təşəbbüsümüzə qoşularaq dəstək verən bütün qeyri-hökumət təşkilatlarına təşəkkür edirik.

Qeyd edək ki, fəlakətin baş verdiyi ilk gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq qardaş Türkiyəyə bütün istiqamətlər üzrə müntəzəm yardımlar davam edir.

Səninləyik Türkiyə!

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı