Yas mərasimləri dünyanın hər yerində fərqli mənada əhəmiyyət daşıyır və hər bir mədəniyyətdə fərqli adətlərə sahibdir. Ancaq bu adətlər arasında bir ənənə ortaqdır - yas zamanı ailələr və dostlar bir araya gəlir, bir-birinə dəstək verir və əhvalatı bölüşür. Lakin bu mərasimlərdə ehsan verilməsinin qadağan edilməsi də bir çox mənada böyük əhəmiyyət kəsb edir. Azərbaycanlılar yas mərasimlərinə həmişə özünəməxsus tərzdə yanaşıb və bunula bağlı daşlaşmış adət-ənənələr mövcuddur. Amma son illər yas mərasimləri öz məzmun və mahiyyətini, formasını dəyişib. Bölgələrdə yas və dəfn mərasimləri müxtəlif ayin və yozumlarla, adət və ənənələrlə müşayiət olunub.

QHT.az xəbər verir ki, Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. 10 sentyabr tarixindən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin sədri İlqar Hüseyinli mövzuya münasibət bildirib ki, Naxçıvan MR Şərur rayonunun Mahmudkənd kəndinin ağsaqqaları tərəfindən həyata keçirilən icma təşəbbüsü təqdirəlaiqdir və təbliğ olunmalıdır: “Ehsanda yalnız çay süfrəsi təşkil ediləcək. Bu təşəbbüs ölkənin hər kəndini, şəhərini əhatə etməlidir”.

Qeyd edək ki, bu təşəbbüs, maddi vəziyyəti aşağı olan ailələrin vəziyyətini, üzüntülərini anlayan və qəbul edən bir münasibət göstərməklə yanaşı, onların davamlı dəstəyə ehtiyacı olduğunu da göstərir. Əhəmiyyətli olan, yas mərasimləri zamanı bir-birimizə dəstək vermək, hüznlü vaxtlarda bir-birimizin yanında olmaq və maddi vəziyyəti yaxşı olmayan ailələrə kömək etməyə çalışmaqdır. Bu, insanların bir-birinə göstərdiyi dəyəri və insanlığın birləşmiş olduğunu göstərir.

 

 

Pərvanə Fərhadqızı