"BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan edilib.   BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır.   Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər – dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektor nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanını əldə edəcəklər".  

Bu sözləri Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a bildirib. Onun sözlərinə görə,  Müasir dövrdə şəhərsalma yalnız binaların tikintisi və yolların salınması ilə məhdudlaşmır. Şəhərsalma sosial,iqtisadi və ekoloji amillərin uzlaşdırıldığı kompleks planlaşdırma prosesidir. Xüsusilə iqlim dəyişikliyi, su çatışmazlığı və hava çirklənməsi kimi qlobal çağrışlar fonunda ekoloji normaların şəhər planlamasında prioritetə çevrilməsi zəruridir:

"Şəhərlərdə parklar, ictimai bağlar və yaşıllıq zolaqları yalnız estetik məqsəd daşımır.Onlar havanı təmizləyir, istilik effektini azaldır və vətəndaşların sağlamlığına müsbət təsir göstərir.Yeni yaşayış massivləri salınarkən minimum yaşıllıq normativləri qanunvericiliklə tənzimlənməlidir. Binaların istilik izoliyasiyası, alternativ enerji mənbələrindən (günəş panelləri, külək enerjisi)istifadə və enerji qənaətli texnaloggiyaların tədbiqi həm ətraf mühitin qorunmasına, həm də uzunmüddətli iqtisadi qənaətə səbəb olur. Avtomobillərin sayının artması hava çirklənməsini gücləndirir.Ekoloji şəhər modeli üçün metro,elektrik avtobusları, tramvay xətləri, velosiped yolları və piyada zonalarının genişləndirilməsi əsas şərtlərdəndir".

QHT sədri həmçinin bildirib ki, yağış sularının toplanması, təkrar istifadə sistemləri və müasir tullantı çeşidləmə mexanizimləri şəhərin ekoloji yükünü azaldır.Xüsusilə su ehtiyatlarının məhdud olduğu ölkələr üçün bu istiqamət həyati əhəmiyyət daşıyı.

Şəhərsalma layihələri ictimai müzakirəyə çıxarılmalı, ekolojiekspertizadan keçməlidir.vətəndaş cəmiyyətinin içtirakı qərarların daha balaslı və davamlı olmasına kömək edir. Beynəlxalq şəhərsalma və ya dayanıqlı inkişaf formunun ölkəmizdə keçirilməsi bir neçə istiqamətdə müsbət nəticələr verə bilər:

  • Beynəlxalq təcrübənin öyrənilməsi. Dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin iştirakı innovativ şəhər modellərinin və ekoloi həllərin tədbiqinə imkan yaradar.
  • İnvestisiya imkanları genişlənə bilər. Yaşıl enerji, ağıllı şəhər texnalogiyaları və ekoloji layihələr üzrə investorların diqqəti cəlb oluna bilər.
  • Rüqional əməkdaşlıq güclənə bilər. Cənubi Qafqaz və Xəzər regionu ölkələri ilə ortaq ekolojji problemlərin müzakirəsi və birgə strategiyaların hazırlanması mümkün olar.
  • Form çərçivəsində keçirilən tədbirlər, sərgilər və müzakirələr cəmiyyətin ekoloi düşüncəsinin formalaşmasına töhvə verər.
  • Belə tədbirlər ölkənin dayanıqlı inkişaf və ekoloji məsuliyyət sahəsində mövqeyini gücləndirir, beynəlxalq nüfuzunu artırır.

İradə Həsənova həmçinin bildirib ki, belə  önəmli tədbirin paytaxtımızda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir:

"Şəhərsalma gələcəyin həyat keyfiyyətini müəyyən edən əsas amillərdəndir. Ekoloji normaların planlaşdırmanın mərkəzinə qoyulması həm insan sağlamlığını, həm də təbii resusların qorunmasını təmin edir.Beynəlxalq forumların keçirilməsi isə bu prosesə təkan verən mühim platformadır. Dayanıqlı, yaşıl və insan yönümlü şəhərlər qurmaq üçün elmi əsaslı qərarlar, ictimai iştirak və siyasi iradə vacibdir".