Azərbaycan Prezidenti ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələr və doktorantlar üçün təqaüdlərin artırılması ilə bağlı Sərəncam imzalayıb.
QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov açıqlama verib. Onun sözlərinə görə, bu addım sosial təminatın gücləndirilməsinə və vətəndaş rifahının artırılmasına yönəlmiş siyasətin davamıdır:
"Yeni qərara əsasən:
-
Elmlər doktoru hazırlığı üzrə təqaüd – 450 manat,
-
Fəlsəfə doktoru hazırlığı üzrə – 300 manat,
-
Magistraturada 91–100 bal – 240 manat, 71–100 bal – 180 manat, 51–100 bal – 120 manat,
-
Bakalavriatda 91–100 bal – 200 manat, 71–100 bal – 160 manat, 51–100 bal – 110 manat,
-
Orta ixtisasda 91–100 bal – 110 manat, 71–100 bal – 90 manat, 51–100 bal – 70 manat,
-
Peşə təhsilində “5” – 110 manat, “4–5” – 90 manat, “3–5” – 70 manat.
Bu artım 2025-ci ildən etibarən reallaşan beşinci sosial paketin tərkib hissəsidir. Paket ümumilikdə 3 milyon vətəndaşı əhatə edir və 1.4 milyard manat əlavə maliyyə ayrılıb. Bu il sosial sahəyə ümumilikdə 16.9 milyard manat yönəldiləcək".
Pərvanə Fərhadqızı












